• 13 İyul 2025
logo
Azərbaycan QDİƏT PM tədbirlərində təmsil olunacaq

Azərbaycan QDİƏT PM tədbirlərində təmsil olunacaq

Milli Məclisin deputatı Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) tədbirlərində iştirak etmək üçün martın 3-dən 4-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.

Milli Məclisdən verilən məlumata görə, qurumun Reqlament üzrə işçi qrupunun toplantısında QDİƏT PM-nin Nizamnaməsinə təklif olunan dəyişikliklər barədə məsələyə baxılacaq.

Təşkilatın Parlament Məclisinin Daimi Komitəsinin xüsusi iclasında bununla bağlı müzakirələr aparılacaq.

Musa Quliyev yığıncaqlarda çıxış edəcək, məsələyə dair öz fikirlərini açıqlayacaq.