• 24 Aprel 2024
logo
Xocalı soyqırımı Tokatda möhtəşəm bir konfransla anıldı

Xocalı soyqırımı Tokatda möhtəşəm bir konfransla anıldı

Türkiyənin Qaziosmanpaşa Universitetindəki toplantıda 1000 universitet tələbəsi iştirak edib

Bu gün Türkiyənin Qaziosmanpaşa Universitetində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın təşkilatçılığı ilə baş tutan konfrans öz işinə sayğı duruşu, Türkiyə və Azərbaycanın dövlət himnlərinin oxunması ilə başladı.
Sonra universitetin tələbəsi, Azərbaycan türkü Murad Mirzəbəyli Xocalıda insanlıq dramı yaşandığını örnəklər gətirərək anlatdı. Murad Mirzəbəyli Azərbaycanda hər kəsin arzusunun işğal altındakı torpaqlara qovuşmaq olduğunu söylədi.
Daha sonra TRT tərəfindən hazırlanan Xocalı soyqırımına həsr olunmuş sənədli film izlənildi.
Qafqaz üzrə mütəxəssis və TRT-nin sabiq Bakı təmsilçisi Yüksəl Değercan isə rus çarı I Pyotrun XVII əsrdə Türk dövlətlərinin arasında bir erməni dövlətinin yerləşdirilməsi ilə bağlı planını anlatdı.
Həmin dönəmdə 2 böyük Türk dövlətinin – Osmanlı və Səfəvi imperatorluqlarının olduğunu xatırladan Yüksel bəy, I Pyotrun bu iki ölkənin arasında onları hədəflərindən yayındırmaq üçün qondarma bir dövlət qurmaq planının olduğunu və bu siyasətin 400 ildir ki, uyğulandırıldığını bildirdi.
5 il ərzində Bakıda onlarla Xocalı şəhid ailələri və Qarabağdan olan məcburi köçkünlərlə reportajlar hazırlandığını deyən Yüksəl Değercan, tələbələrə bu reportajlar haqqında deyil, ABŞ, Rusiya və erməni jurnalistlərinin Xocalıda gördükləri dəhşətlər haqqında danışdı.
Duygulu anlar yaşadan çıxışının sonunda Yüksel Değercan “bir gün Azerbaycan mütləq işgal altındaki topraqlarına qovuşacaq, Naxçıvanla birbaşa bağlantı quracaq, iki qardaş ölkə sərhəd qonşusu olacaq və 400 illik siyasətə son verəcək” deyərək sözlərini tamamladı.
Konfransda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsindəki çıxışların yer aldığı video da nümayiş etdirildi.
Hulusi Kılıç Xocalıda əsl soyqırımın yaşandığını, ancaq ABŞ, Avropa insan haqları təşkilatlarının bu bəşəri cinayətə səssiz qaldıqlarını vurğuladı.
Bu soyqırımı törədənlərin beynəlxalq məhkəmələr qarşısında dayanmasının zamanının gəldiyini deyən Hulusi Kılıç Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qomadığını və işğal etdiyi torpaqlardan çıxmadığını bildirdi.
Hulusi Kılıç ATƏT-in Mink qrupunun daha çox münaqişəni həll etməməyə çalışdığını da xatırlatdı: “Azərbaycan torpaqlarını sülh yolu ilə almaq istəyir. Baxmayaraq ki, Azərbaycan istər hərbi, istər iqtisadi, istərsə də beynəlxalq müstəvidə gücə sahibdir. Və əgər istəyərsə bir neçə günün içərisində Qarabağı geri ala bilər”.
Türkiyənin hər anlamda Azərbaycanın yanında olduğunu bildirən Kılıç Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözlərini xatırlatdı.
Hulusi Kılıç daha sonra “Qarabağ Azərbaycanındır” şüarını və Türkiyə ilə Azərbaycanın eyni ürəyin içindəki bayraqlarının yer aldığı lövhələri açmaqla tələbələrin sürəkli alqışlarını qazandı.
Qeyd edək ki, Türkiyənin Qaziosmanpaşa Universitetindəki toplantıda 1000 universitet tələbəsi iştirak edib, təminən eyni sayda tələbə yer olmadığı üçün konfransdan kənarda qalıb.
Xatırladaq ki, sabah Gaziosmanpaşa Üniversitetində Türk Dünyası Karyera Günləri çərçivəsində Azərbaycanın Türkiyədəki nəhəng yatırımları ilə bağlı konfrans keçiriləcək. Konfransın məruzəçisi Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçdır.