• 19 Aprel 2024
logo
Vüqar Rəhimzadə: Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir

Vüqar Rəhimzadə: Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir

Strateji tərəfdaşlıq, qardaşlıq münasibətlərini yüksələn xətlə inkişaf etdirən Azərbaycan və Türkiyənin əlaqələri son illərdə mühüm mərhələyə qədəm qoyub. Fevralın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri, Prezident İlham Əliyevlə keçirdiyi görüş, səsləndirilən bəyanatlar, imzalanan yeni sazişlər onu deməyə əsas verir ki, iki qardaş ölkə arasında hərtərəfli münasibətlər getdikcə daha da güclənir. Elə Türkiyə tərəfindən Naxçıvan Muxtar Respublikası ilə sərhəddə - Dilucu sərhəd-keçid məntəqəsində bir neçə gün əvvəl tətbiq olunan məhdudiyyətin aradan qaldırılması və məntəqənin fəaliyyətinin bərpa edilməsi də qardaşlıq münasibətlərinin ən bariz nümunəsi oldu.

Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə açıqlamasında deyib.