• 29 Mart 2024
logo
Müdafiə naziri Anjey Kaspşiklə görüşüb

Müdafiə naziri Anjey Kaspşiklə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyətinə, keçirilən monitorinqlərin nəticələrinə və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.