• 26 Sentyabr 2020
logo
DSX-nin 3 generalı istefaya buraxılıb - SƏRƏNCAM

DSX-nin 3 generalı istefaya buraxılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar:

general-leytenant Cəbrayılov Asif Mikayıl oğlu

general-leytenant Xəlilov Əsgər Sabir oğlu

general-leytenant Tağı-zadə Fərhad Sabir oğlu.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.