• 29 Mart 2024
logo
DSX-nin bir sıra hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib

DSX-nin bir sıra hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilsinlər:

Cəbrayılov Asif Mikayıl oğlu – general-leytenant

Xəlilov Əsgər Sabir oğlu – general-leytenant

Tağı-zadə Fərhad Sabir oğlu – general-leytenant.