• 23 Aprel 2024
logo
BŞİH mitinqlə bağlı müraciətə cavab verib

BŞİH mitinqlə bağlı müraciətə cavab verib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İlqar Məmmədov (REAL Partiyası), Ruslan İzzətli (D18), Fərəc Kərimli (Müsavat Partiyası) və müstəqil şəkildə deputatlığa namizədliyini vermiş Fərhad Mehdiyevin mitinqlə bağlı müraciətinə cavab verib.

BŞİH-in mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov bildirib ki, mitinqin 29 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsi təklif edilib.