• 18 Aprel 2024
logo
Türkiyə Prezident Administrasiyası: Dünya ictimaiyyəti Xocalı faciəsinə göz yummamalıdır

Türkiyə Prezident Administrasiyası: Dünya ictimaiyyəti Xocalı faciəsinə göz yummamalıdır

Dünya ictimaiyyəti Xocalı faciəsinə göz yummamalıdır.

Bunu Türkiyə Prezident Administrasiyasından deyiblər.

Qeyd olunub ki, Azərbaycanın dinc sakinlərinin qırğını bəşəriyyətin vicdanına qara ləkədir.

Xocalı soyqırımının 28-ci ildönümünü şərh edərkən Administrasiyadan bildiriblər ki, Türkiyə beynəlxalq ictimaiyyət tərəfindən Xocalı faciəsinə layiqli qiymət verilməsini gözləyir: “Türkiyə azərbaycanlı qardaşlarının ağrı-acısını bölüşür və heç vaxt bu faciəni unutmayacaq”.

Administrasiyadan, həmçinin xatırladıblar ki, Türkiyə əvvəl olduğu kimi, Ermənistanı Azərbaycan ərazilərinin işğalını dayandırmağa və bu torpaqları qanuni sahiblərinə qaytarmağa çağırır:

"Türkiyə hər zaman Azərbaycanı bütün istiqamətlərdə dəstəkləyib və dəstəkləməkdə davam edəcək. Türkiyə Xocalıdakı dəhşətli faciə ilə əlaqədar Azərbaycan xalqına dərin başsağlığı ifadə edir”.