İlyas Hüseynov: “Baş verən atışma təxribatdan daha çox dəqiq hazırlanmış əməliyyatdır”
Əziz Əlibəyli: “Bölgədə Avropa İttifaqının yarım hərbi missiyası arzusuna çatdı”
Məhəmməd Əsədullazadə: “İran Ermənistana raket və PUA verməklə sülh müqaviləsinin imzalanmamasına çalışır”
Ermənistan yenə də təxribatlara əl atdı. Görünən odur ki, işğalçı ölkə sülh istəmir və gərginlik yaratmaqda maraqlıdır. Belə olduğu təqdirdə isə Azərbaycan növbəti antiterror əməliyyatlarına başlayacağı istisna edilmir.
Müdafiə Nzirliyinin məumatlna görə, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısı qətiyyətlə alınıb, atəş nöqtələri susdurulub və qarşı tərəf xeyli sayda itki verib.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən yaralanmış dörd hərbi qulluqçumuzdan ikisi əraziyə yaxın yerləşən hərbi tibb müəssisəsindən sanitar aviasiya vasitəsilə peşəkar həkimlərimizin ciddi nəzarəti altında ixtisaslaşdırılmış hərbi tibb müəssisəsinə təxliyə olunur.
Qeyd edək ki, Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Ekspertlər məsələ ilə bağlı “Xalq Cəbhəsi”nə fikirlərini bölüşüblər.
Sosial Tədqiqatları Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov bildiridb ki, hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur və bir millimetr torpağımızı da düşmənə verməyib: “Hazırkı durumda Ermənistan tərəfindən hərbi-siyasi təxribatların baş verəcəyi gözlənilirdi. Bu, heç də təsadüfi deyil. Böyük ehtimalla söyləmək olar ki, baş verən atışma təxribatdan daha çox dəqiq hazırlanmış əməliyyatdır və Ermənistan Silahlı Qüvvələrinin korpus komandirinin burada olması da təsadüfi deyil. Qeyd edək ki, Ermənistan mediasının məlumatına görə, yaralılar arasında Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri polkovnik Armen Gözəlyan da var.
Ötən dövrdə Ermənistan öz strategiyasına uyğun hərəkət edirdi. Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Azərbaycan guya “eskalasiya hazırlayır”. Halbuki Ermənistan tərəfi şərti sərhəddə atəşkəs rejimini dəfələrlə pozur və Avropa İttifaqının mülki missiyasının "xidmətlərindən" istifadə etmək niyyəti güdürdü.
Zaman keçdikcə sərhəd bölgəsində əməliyyatlara hazırlıq məqsədilə təlimlər keçirildi və texnikanın cəlb olunması haqqında məlumatlar aldıq. Ermənistan yenə də usanmadan "KTMT kartından" istifadə etməyə çalışır. Cənab Prezident İlham Əliyevin KTMT üzvü olan Tacikistan və Qazaxıstana səfərləri mövqelərimizin güclənməsinə yönəlmişdi.
Xüsusilə vurğulamaq lazımdır ki, hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur və bir millimetr torpağımızı da düşmənə verməyib
Bu gün baş verən insidentə səbəb yenə də bir qrup erməni hərbçinin bizim mövqelərimizə yaxınlaşması və mühəndis-istehkam işlərinə start verməsi oldu.
Hərbçilərimizin geri çəkilmə ilə bağlı sərt xəbərdarlığına cavab olaraq Ermənistan tərəfi mövqelərimizi intensiv atəşə tutdu.
Bundan sonra gərgin döyüş başladı.
İndi siyasi sahədə Ermənistanın yenə də öz "rolunu" oynamasını, informasiya manipulyasiyasını, Azərbaycanı günahlandırmasını və çoxsaylı şikayətləri izləyəcəyik”.
Soiyasi şərhçi Əziz Əlibəyli isə bildirdi ki, Ermənistan Azərbaycana hücum etməsi təsadüfi deyil: “Əvvəlcə, Ermənistan Azərbaycan - Ermənistan rəhbərlərinin planlaşdırılan Vaşinqton görüşü haqda informasiya yaydı.
Daha sonra Qarabağdakı separatçılar guya görüş üçün Azərbaycana xəbər göndərdi.
Əlbəttə üçüncü mərhələdə dərhal sərhəddə döyüşlər olmalı idi.
Çünki Soçi qala - qala Vaşinqton niyə olsun ki, Allah şəhidimizə rəhmət eləsin, hazırda əməliyyat davam edir. Bölgədə Avropa İttifaqının yarım hərbi missiyası arzusuna çatdı - Azərbaycanı fərqi yoxdur, istənilən səbəbə görə ittiham etməyə start verə bilərlər.
Bu arada, Vaşinqton görüşündə sülhün ilkin versiyası ortaya çıxa bilərdi.
Ayrıca, döyüş zonasında xüsusi təyinatlılar işləyib. Görünür demarkasiya gedirmiş.
Qaldı döyüşün baş verdiyi zonaya - köhnə dəhlizin başlandığı yerdir. Üçbucaqdan daxilimizə doğru nə planlaşdırıblar?
Aydındı, niyə orda məhz erməni korpus komandiri vardı və yaralanıb?
Demək ki, Paşinyanin "Azərbaycan işğala hazırlaşır" fikrini icra edirmiş.
Prosesdə bir ilk də yaşanıb. "Caliber"in məlumatına görə, Ermənistan tərəfi artilleriyadan və pualardan istifadə edir”.
Politoloq Məhəmməd Əsədullazadə isə diqqətə çatdırıb ki, Ermənistan rəhbərliyi bir neçə aydır ki, sərhəddə möhkəmlənmək və hücum əməliyyatlarına hazırlıq görürdü: “Məhz mühəndis istehkam işləri apramaqla yeni hücum əməliyyatının tərkib hissəsidir. Ötən gün Azərbaycan tərəfinin xəbərdarlığına hücum etməklə cavab verməsi, bu ölkənin sülh müqaviləsinin bağlamasında maraqlı olmadığını göstərir.
Qeyd edim ki, Azərbaycan atəşkəsi pozmaqda maraqlı tərəfdirsə, erməni tərəfinin yaydığı videoda görünür ki, pikapla dörd nəfər hərbiçi ilə 40 yaxın erməni hərbiçisinin olduğu yerə gedilməzdi. Hücum edən tərəf dörd hərbiçi ilə deyil, zirehli texnika və xeyli əsgərlə getməli idi.
Videodan göründüyü kimi Azərbaycan hərbiçiləri yalnız danışıqlar üçün gedib. Qarşı tərəf öz düşmənçilyini ortaya qoyaraq hərbiçilərimizə silah işlədib və nəticədə postlarımıza artilleriyadan atəş açılıb. Ermənistan tərəfinin burada əsas planı Azərbaycanı yerləşdiyi ərazilərdən hücum etməklə çıxarmaqdı. Ermənistan Avropa İttifaqının missiyasından narazıdır və Kollektiv Müqaviləsi Təşkilatının hərbiçilərini sərhəddə yerləşdirmək istəyir. Ona görə də bu kimi təxribatlara əl atır.
İranın da bu təxribatlarda maraqlı olduğu və dəstək verdiyi təkzibolunmazdır. İki ölkə arasında hərbi əməkdaşlıq və hərbi kəşfiyyat mübadiləsi üzrə razılıq var. İran Ermənistana raket və PUA verməklə sülh müqaviləsinin imzalanmamasına çalışır”.
Politoloq həmçinin əlavə edib: “Lokal döyüşdən sonra Vaşinqtonda Azərbaycanla Ermənistan liderlərinin görüşünə gəlincə, belə bir görüş mümkündür. Amma, Ermənistanın İranla və Rusiya ilə paralel çalışması Vaşinqton görüşünə kölgə salır. İlk növbədə ABŞ Ermənistana İran və Rusiya ilə məsafəli davranmalı, Azərbaycan əleyhinə birgə çalışmağa son qoymağı tələb etməlidir. İran SEPAH-ı Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsinə mane olmaq üçün Moskva ilə birgə kordinasiyalı çalışır. Ona görə də Ermənistanın təxribatlara gedəcəyi mümkündür”.
Hərbi ekspert Ədalət Verdiyev isə deyib ki, Ermənistan Azərbaycan-Ermənistan sərhəddində təxribatlar törətməklə iki əsas məqsəd güdürdü: “Məqsədlərinin biri İranı bu münaqişəyə cəlb etmək idi. İkincisi isə keçən ayın sonunda Ermənistanın Qarabağa daşınmaları həyata keçirdiyi əsas və köməkçi yollardan heç olmasa birini öz nəzarətinə götürməkdir. Lakin bu niyyətlərin heç biri baş tutmadı. Azərbaycan Ordusu Ermənistan tərəfinin təxribatlarına layiqli cavab verərək, onları geri çəkilməyə məcbur etdi. Ermənistana son təlimatın İranın Təhlükəsizlik Şurasının katibi ilə görüşdə verildiyi də istisna edilmir”.
Əli