• 19 Aprel 2024
logo
Erməni tabor komandiri Xocalı haqqında nə danışdı?

Erməni tabor komandiri Xocalı haqqında nə danışdı?

Xocalı faciəsi ilə bağlı həqiqətlər zaman ötdükcə gün işığına çıxmağa başlayır. Qarabağ müharibəsində tabor komandiri olmuş erməni Razmik Petrosyan təqdim olunan qısa videoda bəzi həqiqətləri dilə gətirib. Dialoq.info erməni zabitinin fikirlərini təqdim edir. O bildirib ki, Xocalı əməliyyatından bir gün qabağa qədər şəhərin ətrafında onun rəhbərlik etdiyi bölmələr döyüş növbəsi çəkirdilər. Petrosyan Xocalıda olanların əksəriyyətinin arxadan vurularaq öldürüldüyünü etiraf edib: "Onları azərbaycanlıların öldürdüyünü demək doğru olmazdı. Onları arxadan vurmuşdular. Bu o deməkdir ki, ya kimsə bizdən idi, ya da… Mən sizə deyim kim atəş açmışdı? Mən bilirəm. Bunu polkovnik mənə demişdi. Sovet İttifaqından xüsusi olaraq gəlib elə etməliydilər ki, azərbaycanlılar və ermənilər bir-birini gəmirsinlər. Bütün bunları onlar təşkil ediblər. Həbsxanadan quldurları azad etmişdilər ki, bunda iştirak etsinlər".