• 10 İyul 2025
logo
Əlcəzairli diplomat: Azərbaycan qədim tarixə və mədəniyyətə malikdir

Əlcəzairli diplomat: Azərbaycan qədim tarixə və mədəniyyətə malikdir

Bakıda keçirilən UNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası yüksək səviyyədə təşkil edilib.

Trend-in məlumatına görə, bunu sessiyada iştirak edən Əlcəzairin Fransadakı səfiri Əbdülqədir Məsdua deyib.

Səfir əminliklə bildirib ki, sessiya çərçivəsində vacib qərarlar qəbul olunacaq: "Azərbaycan qədim tarixə və mədəniyyətə malikdir, ölkə təkcə daxildə deyil, dünya miqyasında da mədəni, tarixi dəyərlərin mühafizəsi üçün hər şeyi edir".