• 1 Aprel 2020
logo
İstanbulda Xocalı soyqırımı ilə bağlı yürüş keçiriləcək

İstanbulda Xocalı soyqırımı ilə bağlı yürüş keçiriləcək

Fevralın 25-də İstanbulda Xocalı soyqırımı ilə bağlı yürüş keçiriləcək. İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyi (İSTAD) və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə düzənlənən tədbir saat 18.00-da İstanbul Kadıköy Bahariye prospekti Halk Egitim Mərkəzinin önündə olacaq. Burada toplanan iştirakçılar Altıyol meydanına doğru yürüş keçirəcəklər. 19.30-da həmin meydanda mətbuat açıklaması və bəyanat səsləndiriləcək. Hər kəsi yürüşə qatılmağa dəvət edirik.