• 19 Mart 2024
logo
Qələbə və Bayramın vəhdəti

Qələbə və Bayramın vəhdəti

Üçüncü dəfədir ki, Azərbaycan xalqı və prezidenti Novruz Bayramını doğma Qarabağda qeyd edir.Prezident və ailəsi 2021- ci ildə Şuşada, 2022- ci ildə Suqovuşanda, 2023 cü ildə isə Tərtərin Talış kəndində Novruz tonqalını alovlandırıb. Bunu etməklə dövlət başçısı işğaldan azad edilən torpaqların onun üçün nə qədər doğma və əhəmiyyətli olduğunu bir daha sübüt edib.

Dövlətimizin başçısı Talış kəndidə Novruz tonqalını alovlandıraraq Azərbaycan xalqını təbrik edib.
Prezident İlham Əliyev Martın 18 də Tərtər rayonunun Talış kəndinə səfər edib, yenidənqurma işləri ilə tanış olub. Xatırladaq ki, dövlət başçısı hələ 2021- ci ildə Qayıdışın simvolu strateji ərazi sayılan, bu yüksəklikdə Azərbaycanın Dövlət bayrağını ucaldıb.

Ali Baş Komandan qəhrəman Azərbaycan hərbiçilərini Qarabağdan səmimiyyətlə salamlayıb.

Prezident Azərbaycan xalqına Novruz təbrikini doğma Qarabağ diyarından çatdırıb və bu böyük xoşbəxtliyi bizə bəxş edən şəhidlərimizin xatirəsini hörmətlə yad etdiyini vurğulayıb.

Biz 30 il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlara öz haqq səsimizi ucaltmışıq amma təssüflər olsun ki, bizim sözümüzə heç bir qurum reaksiya vermədi. Qarabağ münaqişəsinin həlli ilə məşğul olmuş vasitəçilər məsələnin həllinə yox, dondurulmasına səylər göstəriblər.

Dövlət başçısı çıxışında 30 ilə yaxın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal oldunduğunu, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti soyqırım, hərbi cinayətlər törətməsini, yüzminlərlə azərbaycanlının qaçqın, köçkün salındığını qeyd edib.

İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı təzyiqlər oldu, Ermənistana isə yardımlar göndərildi. Hər gün silahlarla dolu bir neçə yük təyyarəsi göndərilirdi, xarici ölkələrdən muzdlular göndərilirdi. Ermənistanın müttəfiqləri bizi müxtəlif yollarla dayandırmağa çalışırdılar.

Prezident İlham Əliyev çıxışında bildirib ki, Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərliyi bu gün deyir ki, bizə imkan verin 29 min kvadratkilometr ərazidə biz yaşayaq. İşğal dövründə isə bizim bütün torpaqları dırnaqarası “Dağlıq Qarabağ respublikası” adı altında birləşdirməyə cəhd göstərmişdilər və kitablar dərc edilirdi.

İndi biz öz torpağımızı, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərini güc tətbiq edərək azad etmişik, BMT Nizamnaməsinə uyğun şəkildə öz ərazi bütövlüyümüzü təmin etmişik, düşməni qovmuşuq, Ermənistan ordusunu məhv etmişik.

Bütün azad edilmiş torpaqlarda bərpa işləri aparılır. Ermənistan bu əraziləri viran qoyub, talan edib. Otuz il ərzində daşları bir-bir söküb həm Ermənistanda, həm də ki, Ermənistanın qonşu ölkəsində bazarlarda satdırıb.

Nəhayət Azərbaycan xalqı və ordusu yumruq kimi birləşib, milli həmrəylik göstərərək öz haqqımızı, hüququmuzu döyüş meydanında bərpa etdik. Mənfur düşmanıöz torpaqlarımızdan qovduq. Azərbaycan Bayrağını Qarabağda ucaltdıq. Bu çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir.İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmamalıdır.

Yeni reallıqları hər kəs dərk etməlidir.

Azərbaycan işğal dövründə dəfələr bəyan edirdi ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, müharibə ilə öz doğma torpaqlarımızı işğaldan azad edəcəyik. Ermənistan rəhbərliyi isə nə qədər azğınlaşmışdı ki, " Qarabağ Ermənistandır və nöqtə " deyərək Azərbaycan xalqının hüquqlarını əlimizdən almaq istəyirdi. Ermənilərin arxasında dayanan qüvvələr, o cümlədən ovaxtki Minsk qrupunun həmsədrlik edən ölkələri bu bəyanata heç bir reaksiya verməmişdilər.

Azərbaycan xalqı haqlı olaraq hər birimiz xaricdə yaşayan azərbaycanlılar da daxil olmaqla qürur hissi ilə yaşayırıq. Hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq .Ərazi bütövlyümüzü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik.

Qarabağ Azərbaycandır və Nida!


Səbinə Abdullayeva
Xətai rayon Bələdiyyəsinin üzvü