• 19 Mart 2024
logo
Əməkdaşlıq əlaqələri şaxələnir

Əməkdaşlıq əlaqələri şaxələnir

Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşü keçirilib.

Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri - Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iştirak edib.

Prezident İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edərək digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu. Nəzərə alsaq ki, tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən dəhşətli zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi məkandır.

Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.

Dövlət başçısının bildirmişdir ki,, Azərbaycandan bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülüb.

Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacağını o qeyd edmişdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, fevralın 6-da baş verən zəlzələlərin şiddəti və onların törətdiyi dağıntıların böyüklüyü ilə bağlı beynəlxalq birliyi yardıma çağııb.

"Türk dünyası ilk yardım edənlər arasında oldu. Bizi ən çətin anımızda tək qoymadınız. "Dərd paylaşdıqca azalar" anlayışı ilə vətəndaşlarımızı həyata qovuşdurduq. Qurduğunuz səhra xəstəxanaları ilə yaralılarımızın müalicəsinə kömək etdiniz. Göndərdiyiniz çadırlar vətəndaşlarımızın yurdu oldu. Sevgili millətimiz heç vaxt unutmayacaq. Birləşmiş Millətlər Təşkilatı fevralın 16-da Türkiyəyə təcili yardım çağırışı etdi. Avropa İttifaqı Komissiyası və Beynəlxalq Donorlar Konfransı martın 20-də İsveçdə keçiriləcək. Bu beynəlxalq yardım fəaliyyətlərini dəstəkləyəcəyinizə şübhəm yoxdur", o qeyd edib.

Prezident deyib ki, gələn il 319 min, ümumilikdə isə 650 min ev tikib təhvil verilməsi planlaşdırılır.

"İnşallah dost və qardaş ölkələrin dəstəyi ilə zəlzələ bölgəmizi çox qısa müddətdə ayağa qaldırarıq", Ərdoğan bildirib.

Mühüm məqamı da xüsusi qeyd edib ki, Heydər Əliyev Fondu Türkiyədə baş verən zəlzələyə ilk reaksiya verən təşkilatlardan biri oldu. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Türkiyədəki zəlzələ bölgəsinə edilən yardımlar qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər tərəfindən yüksək qiymətləndirildi. Ümumilikdə Heydər Əliyev Fondu tərəfindən Türkiyənin zəlzələ bölgəsinə 9 milyon 485 min 563 manat məbləğində yardım göstərilib.

Həmçinin Prezidenti İlham Əliyev bildirmişdir ki, 2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururulduğunu qeyd etmişdir.
İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikilir, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunur. Ötən kiçik dövr ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılmışdır.

Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yükunu olaraq Ankara Bəyannaməsi imzalanıb. Zirvə görüşündə aparılan müzakirələr, qəbul olunan qərarlar, eləcə də Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair Protokolun imzalanması türkdilli ölkələr arasında əməkdaşlığı genişləndirəcək, həmrəyliyi möhkəmləndirəcək və bu da TDT-nin daha güclü və nüfuzlu təşkilata çevrilməsinə şərait yaradacaq.


Rafiq İsayev
Xətai rayon İcra Hakimiyyəti Başçısının müavini