Bəziləri hansısa xoşagəlməz hallardan sui-istifadə etməyə çalışır.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə əsasən, bütün xoşagəlməz hallar MSK tərəfindən ciddi araşdırılır.
MSK sədri vurğulayıb ki, insanların əlində nə varsa, təqdim etməlidir. “Əgər sizdə nəsə material varsa, qoyun sosial sosial şəbəkələrə. Ümumilikdə sosial şəbəkələrdə 385 videogörüntü yayılıb. Mərkəzi Seçki Komissiyası bütün görüntüləri araşdıracaq”.