• 18 Aprel 2024
logo
Seçkilərlə bağlı bütün müraciətlərə ciddi şəkildə baxılacaq – Məzahir Pənahov

Seçkilərlə bağlı bütün müraciətlərə ciddi şəkildə baxılacaq – Məzahir Pənahov

Şikayətçi şikayəti göndərəndən sonra əlinə hansısa material keçərsə, bunu MSK-nə təqdim edə bilər.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyb.

M. Pənahov bildirib ki, MSK bütün şikayətləri ciddi şəkildə araşdırır:

“Hətta şikayətçi bizə ünvanladığı şikayətdən sonra da əlinə material keçərsə, bunu bizə təqdim etsin. Bizim hələ vaxtımız var. Bütün şikayətlərə ciddi şəkildə baxılacaq və müvafiq qərar qəbul ediləcək”