• 26 Aprel 2024
logo
Parlament seçkiləri ilə bağlı MSK-ya 177 müraciət daxil olub

Parlament seçkiləri ilə bağlı MSK-ya 177 müraciət daxil olub

Parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) 177 müraciət daxil olub.

Trend-in məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

M.Pənahov bildirib ki, bu günə qədər 97 müraciətə baxılıb. O qeyd edib ki, bütün müraciətlərə baxılacaq.