• 24 Aprel 2024
logo
Məntəqələrdə səsvermənin nəticəsinin ləğvi ümumi nəticələrə təsir göstərməyəcək - Məzahir Pənahov

Məntəqələrdə səsvermənin nəticəsinin ləğvi ümumi nəticələrə təsir göstərməyəcək - Məzahir Pənahov

Sosial şəbəkələrdə pozuntularla bağlı yayılan videogörüntülərin çəkildiyi bütün məntəqələrdə səsvermənin nəticəsini ləğv etsək də, bu, seçkilərin ümumi nəticəsinə heç bir təsir göstərmir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

M.Pənahov bildirib ki, bu videogörüntülər təqribən seçki məntəqələrinin 3 faizində qeydə alınıb:

"Bəzən insanlarda belə təsəvvür yaranır ki, bütün ölkə üzrə pozuntular baş verib, ancaq bu, belə deyil. Əlbəttə, biz arzu edərdik ki, o xoşagəlməz hallar da olmasın. Ancaq mən həmişə demişəm, bütün xoşagəlməz hallar qanunvericiliyin tələbinə çox ciddi yanaşmaqla həll olunacaq, belə hallara yol verənlər isə ciddi şəkildə cəzalandırılacaqlar”.