• 28 Oktyabr 2020
logo
Bizim fəaliyyətimizi şübhə altına almayın – Məzahir Pənahov

Bizim fəaliyyətimizi şübhə altına almayın – Məzahir Pənahov

Özünüzü təbliğ edin, amma bizi də gözdən salmağa meyil etməyin.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deputatlığa namizədə deyib.

M.Pənahov bildirib ki, namizəd MSK-nı müraciətlərə baxmamaqda ittiham edir: “Siz iddia edirdiniz ki, MSK mənim müraciətimə baxmır. Ancaq siz gördünüz ki, MSK sizin müraciətinizə daha ətraflı baxır. Siz çalışın, bizim fəaliyyətimizi şübhə altına almayın. Mən etiraz etmirəm, siz özünüzü təbliğ edin, amma bizi də gözdən salmağa meyil etməyin”.