• 29 Mart 2024
logo
“Türkiyəyə yardım edən ilk ölkə Azərbaycan oldu”

“Türkiyəyə yardım edən ilk ölkə Azərbaycan oldu”

İlyas Hüseynov: “Çox qısa zamanda bütün çətinliklər arxada qalacaq”

“Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ bütün xalqımızı dərindən sarsıtdı və kədərləndirdi. Lakin xalqımız Vətən müharibəsində olduğu kimi bir yumruq kimi birləşdi və öz əzmkarlığını və mərhəmətini nümayiş etdirdi. Sosial şəbəkələrdə yayılan foto və video görüntülər hər birimizi qürurlandırır”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq İlyas Hüseynov deyib. Politoloq bildirb ki, xalqımızla fəxr edirik. Fədakar insanlarımız dünya boyda ürəkləri ilə qardaş Türkiyəyə kömək etməyə çalışır və əlindən gələni edirlər: “Kimisə öz təqaüdünü, kimisə öz məvacibini ianə etməklə soyuq havada isti ocağından məhrum olan qardaş və bacılarına dəstək olmağa çalışırlar. Sadə insanlarımız öz fədakarlıqları ilə artıq Türkiyədəki qardaş və bacılarımızdan müsbət reaksiyalar alırlar.
Biz Türkiyəmizin kədərində də sevincində də bir yerdəyik. Cənab Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə Türkiyəyə yardım edən ölkə Azərbaycan oldu. Türkiyənin Azərbaycanda səfirliyi və Heydər Əliyev Fondu cəld və operativ surətdə yardımların mərkəzləşdirilmiş qaydada çatdırılması işində səfərbər olunub. Türkiyə böyük dövlətdir və yaranan çətinliyin də öhdəsindən layiqincə gələcək. Türkiyənin hakimiyyət orqanlarının məqsədyönlü və intensiv fəaliyyəti onu deməyə əsas verir ki, çox qısa zamanda bütün çətinliklər arxada qalacaq. Türkiyə güclü dövlətdir, dövlət də hər zaman öz vətəndaşının yanında olub”.

Əli