• 21 Oktyabr 2020
logo
Kürdəmirdə “ASAN xidmət” mərkəzi istifadəyə verilib

Kürdəmirdə “ASAN xidmət” mərkəzi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Dövlətimizin başçısı mərkəzin açılışını bildirən düyməni basdı.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat verdilər.

Sonra Prezident İlham Əliyev “ASAN könüllüləri” ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Sonda xatirə şəkli çəkdirildi.