• 19 Aprel 2024
logo
“Sosial xarakterli olmayan fövqəladə vəziyyət halı yoxdur”

“Sosial xarakterli olmayan fövqəladə vəziyyət halı yoxdur”

Qüdrət Həsənquliyev: “Bu bizim hüquq sisteminin eybəcərləşdirilməsidir”

“Mən əvvəllər də söyləmişdim ki, bir çox hallarda bəzi qanun layihələri hazırlanarkən konstitusiya ciddi şəkildə öyrənilmir”.
Bunu parlamentin yaz sessiyasının plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinini birinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili “bəzən sərf edəndə deyilir ki, bu beynəlxalq təcrübədə var və s.”, - deyə vurğulayıb: “Ola bilsin ki, həmin təcrübənin olduğu ölklərdə onların konstitusiyası buna imkan verir. Məsələn, bizim ölkəmizdə konstitusiya imkan vermir ki, “fövqəladə mühit rejimi” yaradaq. Əvvəla, bu rejimdirsə, deməli ümumi rejimdən fərqli qaydalar olacaq. Burada mütləq hansısa insan hüquq və azadlıqlarının məhdudlaşdırılması yer alacaq. İkincisi 2-2.1-ci maddədə qeyd olunur; “sosial xarakterli fövqəladə mühit Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka, ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranır”. Konstitusiyanın 112-ci maddəsində isə qeyd olunur; Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizotiyalar, böyük ekoloji və ya başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və dövlət çevrilişinə yönələn hərəkətlər edildikdə, zorakılıqla müşaiyət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi və s. və il. Hörmətli Ziyafət Əsgərov desin ki, konstitusiyanın 112-ci maddəsində, yaxud fövqəladə vəziyyət haqqında qanunda belə bir hal nəzərdə tutulmadığı üçün biz buna görə fövqəladə mühit rejimi yaradırıq. Fövqəladə mühit nədir? Fövəqladə vəziyyət və fövəqaladə mühit sinonim sözlərdir. Mühit, vəziyyət, təhlükəsizlik mühiti, təhlükəsiz vəziyyət və s. Birincisi, bu rejim parlamentdən kənar tətbiq olunacaq. Əgər orada hansısa məhdudiyyətlər tətbiq olunmayacaqsa, o zaman bunun nə manası var? Yəni insan hüquq və azadlıqları məhdudlaşdırılmayacaqsa, o zaman bu rejimin tətbiqinin mənası nədən ibarət olur? Konstitusiyada qeyd olunub ki, lazımdırsa fövqəladə vəziyyət tətbiq olunmalıdır. Fövqəladə vəziyyət tətbiq olunanada şəraitdən, mühitdən asılı olaraq insan hüquq və azadlıqları məhdudlaşdırılmaya da bilər. Lazım deyil ki, mütləq məhdudlaşdırlsın. Amma bu parlamentdən keçməlidir, parlament buna nə dərəcədə zərurətin olduğunu müəyyənləşdirməlidir. Baxırıam ki, eyni məsələlərdir. Sadəcə, biz icra orqanına imkan veririk ki, fövqəladə mühit rejimi kimi bir şey eləsin. Özü də burada qeyd olunur ki, fövqəladə mühit rejimi fövqəladə vəziyyət demək deyil. Onda niyə biz bunu fövqəladə vəziyyət haqqında qanunla tənzimləyirik? Elə suallar var ki, sadə məntiqlə belə bunun izahı yoxdur. Mən hesab edirəm ki, bu qanun layihəsi gündəlikdən çıxarılmalıdır. Yaxud ciddi əsaslandırılsın və bildirilsin ki, konkret hansı hallarda bu tətbiq olunacaq. Necə ki, fövqəladə vəziyyət rejimi haqqında qanunda yazılıb ki, bu hansı hallarda tətbiq olunur. Onlar bir-bir sadalanmalıdır. Xahiş edirəm ki, Ziyafət müəllim onlardan heç olmasa birinin adını desin ki, bax, bu hallarda fövqəladə mühit rejimi tətbiq olunacaq. Özü də Ziyafət müəllim, rejimin ayrıca tənzimlənmə mexanizmi olmalıdır. Əgər ölkədəki mövcud ümumi rejimdən fərqli rejim tətbiq olunacaqsa, deməli mütləq hansısa məhdudyyətlər olacaq. Bax o fərqliliyi tətbiq ediriksə o zaman burada ali nümayəndəli orqan kimi parlamentin də iştirakı olmalıdır. Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qaldırılan məsələlərə cavab verib və səsləndirilən iradlarla razılaşmayıb. Qanun layihəsini əsaslandırmağa çalışıb. Qüdrət Həsənquliyev Ziyafət Əsgərovun cavabı ilə razılaşmayıb və “Ziyafət Əsgərov sağ olsun ki, bildiyi formada cavab verdi”,- deyə bildirib: “Əvvəla sosial xarakterli olmayan fövqəladə vəziyyət halı yoxdur. Elə o cəmiyyətin maraqlarına toxunur ki, biz, fövqəladə vəziyyət elan edirik. İkincisi Ziyafət müəllimin sadaladığı quş qripi, pandemiya və s. kimi məsələlərə gəlincə, 112-ci maddədə qeyd olunub ki, epidemiya zamanı fövqəladə vəziyyət elan olunur. Epidemiya da quş qripi, donuz qripi, koronavirus və s. ola bilər. Əgər o nəzarətdən çıxırsa, epidemiya halını alırsa, o halda fövqəladə vəziyyət tətbiq olunur. Özü də fövqəladə vəziyyət şəraitində vacib deyil ki, insan hüquq və azadlıqları mütləq məhdudlaşdırlılsın. Ölkədə, həqiqətən də elə bir hal yoxdur ki, konstitusiyanın 112-ci maddəsində ehtiva olunmasın. Əvvəla, rejim yaradılırsa onun tənzimlənməsi olmalıdır. Ona görə də, heab edirəm ki, buna heç bir formada ehtiyac yoxdur. Niyə biz, Qazaxıstandan, Rusiyadan nüumunə götürürük? Başqa vaxtlar özümüzü qərbin inkişaf etmiş demokratik, hüquqi dövlətləri ilə müqayisə etmişik. Gəlin Qərbi Avropa ölkələri ilə müqayisə aparaq. Hansı sivil, demokratik ölkədə belə bir şey var? Onsuz da icra hakimiyyəti hökumət orqanlarının səlahiyyəti var ki, hansısa problemlər yaransa cənab Prezident komissiya da yarada, icra orqanlarının səlahiyyətləri çərçivəsində konkret tapşırıqlar da verə bilər. Amma yeni fövqəladə mühit rejiminin yaradılmasına ehtiyac yoxdur. Ola bilsin ki, bu xoş niyyətlə yaradılır. Amma bu bizim hüquq sisteminin eybəcərləşdirilməsi və konstitusiyanın nəzərə alınmamasıdır”.

Əli