• 25 Aprel 2024
logo
“Səfirliklərimizin təhlükəsizlik sistemi yenidən qurulmalıdır”

“Səfirliklərimizin təhlükəsizlik sistemi yenidən qurulmalıdır”

Qüdrət Həsənquliyev: “Bu sahədə ciddi nöqsanlar var”

“Hörmətli sədr, sizi və həmkarlarımı uğurlu səfərlər münasibətilə təbrik edirəm. Azərbaycan dövlətinin siyasətinin həyata keçirilməsində parlament diplomatiyasının genişlənməsi və güclənməsi qürurvericidir. Mən həmkarlarıma və hörmətli sədr, sizə uğurlar arzulayıram. Parlamentin yaz sessiyasının qanunvericilik işləri planında çox ciddi qanun layihələrinin müzakirə olunması nəzərdə tutulub. Amma bir vacib məsələ də parlamentin müzakirəsinə çıxarılmalıdır. Bu da baş vermiş son hadisələrlə, xüsusilə Tehranda səfirliyimizə qarşı qorxaqca və xaincə edilmiş basqınla əlaqədardır”.
“Xalq cəbhəsi” xəbər verir ki, bunu parlamentin yaz sessiyasının plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib. Millət vəkil bildirib ki, Milli Məclisin bir iclası səfirliklərimizin təhlükəsizlik məsələlərinə həsr olunmalıdır: “Son günlər bizə yaxınlaşan şəxslərin hamısı “axı biz bilirik ki, həm Ermənistan, həm İran terroru dəstəkləyən dövlətlərdir”,- deyə bildirirlər. Bəlli olur ki, bizim Tehrandakı səfirliyimizdə terror aktı törətmiş şəxs həm SEPAH, həm “Bəsic”-lə ciddi işbirliyində olan, onlarla əməkdaşlıq etmiş, “Bəsic”də komandir olmuş bir şəxsdir. Onun isitifadə etdiyi “Kalaşnikov” markalı avtomat silah da İran polisində qeydiyyatda olmuş silahdır”.
Millət vəkili əlavə edib ki, son vaxtlar xaricdə 5 səfirliymizə basqın olub: “Livanda, Fransada, Londonda, indi də Tehranda. Biz bilirik ki, Ermənistan və İran bizə qarşə düşmənçilik fəaliyyəti aparır. Ona görə də, səfirliklərimizin təhlükəsizlik sistemi yenidən qurulmalıdır. Adi vətəndaşlar da söyləyirlər ki, məsələn, olmazdımı bir nəfər səfirlikdə içəridə monitorun qarşısında oturub, səfirliyin ətrafında baş verən prosesləri müşahidə eləsin? Onda görərdi ki, kimsə əlində avtomat səfirliyə yaxınlaşır, kimsə ağır çəkiclə qapını sındırır və s. Heç olmasa qapını aşçmazdılar, yaxud özləri silahlanardılar, qoruyucu gödəkcə geyinərdilər. Səfirliyin binasının işərisində ikiqat mühafizə sistemi qurulmalı idi. Bütün bunlar onu göstərir ki, bu sahədə ciddi nöqsanlar var. Biz müvafiq dövlət orqanlarının rəhbərlərini parlamentə dəvət etməliyik və parlamentdə bu məsələlər ciddi şəkildə müzakirə olunmalıdıır. Yenə də qeyd edirəm ki, bizim təhlükəsizlik xidmətinin əməkdaşları əgər silahla təmin olunmayıblarsa, onların silahla təmin olunması məsələsi də mütləq öz əksini tapmalıdır. Biz, Bakıda bir çox səfirliklərdə oluruq, görürük ki, təhlükəsizlik xidmətinin əməkdaşları qoruyucu gödəkcə geyinirlər və hamısının üzərində də silahlar var. Tehrandakı səfirlikdə uşaqlar, qadınlar və səfirliyin əməkdaşları var idi. Bizim Tehrandakı səfirliyn Vasif Tağıyev adlı əməkdaşının şəxsi cəsarəti və qəhrəmanlığı olmasaydı necə böyük bir qətliam baş verəcəkdi. Görünür, səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşları ilə də iş aparılmalıdır. O da araşdırılmalıdır ki, bu şəxsin silahı bizim təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən alınıbsa, o şəxs niyə bayıra çıxarılıb, niyə bizim təhlükəsizlik xidmətinin istintaq qrupunun əməkdaşları onu dindirməyənə qədər polisə təhvil verilib və s. Ona görə də düşünürəm ki, parlamentdə, ya plenar iclasda, ya müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin iclasında bu istiqamətdə müəyyən dinləmənin keçirilməsinə ehtiyac var”.

Əli