• 22 Oktyabr 2020
logo
Avropa İttifaqı dialoqun davam etdirilməsini və Azərbaycan təsisatları ilə, o cümlədən yeni seçilmiş parlamentlə sıx işləməyi səbirsizliklə gözləyir

Avropa İttifaqı dialoqun davam etdirilməsini və Azərbaycan təsisatları ilə, o cümlədən yeni seçilmiş parlamentlə sıx işləməyi səbirsizliklə gözləyir

Avropa İttifaqı Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, sənəddə Avropa İttifaqı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) ilkin qiymətləndirməsini bölüşdüyünü bəyan edir. Bildirilir ki, Avropa İttifaqı bütün vətəndaşların mənafeyi naminə dialoqun davam etdirilməsini və Azərbaycan təsisatları ilə, o cümlədən yeni seçilmiş parlamentlə sıx işləməyi səbirsizliklə gözləyir.