Fevralın 9-da keçirilən parlament seçkiləri ilə əlaqədar ən çox rezonans doğuran məsələlərdən biri də səsvermə prosesində qanun pozuntularının qeydə alınmasıdır. Bəzi namizəd və müşahidəçilər sözügedən neqativ hallarla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət ünvanlandıqlarını bildiriblər.
Məsələ ilə bağlı Axar.az-a danışan Mərkəzi Seçki Komissiyasının üzvü Mikayıl Rəhimov bildirib ki, seçki nəticələri haqda şikayətlərin qəbulu prosesi davam edir.
“Hazırda müraciətlərin qəbulu davam edir. Sabahdan etibarən göndərilən bütün şikayətlərə baxılacaq”, - o bildirib.