• 30 Oktyabr 2020
logo
Beynəlxalq müşahidəçilər: “Azərbaycanda seçkilər azad şəkildə keçirilir”

Beynəlxalq müşahidəçilər: “Azərbaycanda seçkilər azad şəkildə keçirilir”

“Bu saata qədər seçkilərdə heç bir problem aşkarlamamışıq”.

Bunu APA-nın şimal bürosuna açıqlamasında Qubada seçkiləri izləyən beynəlxalq müşahidəçi Julius Lajtha bildirib.

“Bu, bizim müşahidə etdiyimiz ikinci səsvermə məntəqəsidir. Biz adətən bülleten sayını, qutuların boş olub-olmadığını, səsvermə məntəqəsində reklam plakatlarının qalıb-qalmadığını yoxlayırıq. Bu vaxta qədər heç bir problem aşkarlamamışıq. Qaydalara riayət olunur”.