Bu gün Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (RF MSK) üzvü Yevgeni Kolyuşin və RF MSK Aparatının baş müşaviri İqor Yevlanov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquluyevlə görüşüblər.
BAXCP-nin qərargahında keçirilən görüşdə seçki prosesi və digər məsələlər ətrafında müzakirə aparılıb. BAXCP sədri Qüdrət Həsənquliyev qonaqların suallarını cavablandırıb.