• 27 Oktyabr 2020
logo
Bolqarıstanlı müşahidəçi: "Səsvermə sakit şəkildə keçirilir"

Bolqarıstanlı müşahidəçi: "Səsvermə sakit şəkildə keçirilir"

22 saylı Nəsimi II Seçki Dairəsinin 25 saylı məntəqəsində ATƏT Parlament Assambleyasının (PA) müşahidəçisi, bolqarıstanlı Ahmedov Ahmed Redzhebov və Bolqarıstan Parlamentinin nümayəndəsi Hamid Hamid Bari seçkini izləyiblər.

Hamid Hamid Bari APA-ya açıqlamasında deyib ki, olduqları bütün məntəqələrdə seçki prosesi yüksək səviyyədə təşkil olunub.

“Sadəcə hava şəraitinə görə, aktivlik bir qədər azdır. Düşünürəm ki, günün ikinci yarısı seçkiyə gələnlərin sayı artacaq. Müşahidə apardığımız məntəqələrdə heç bir qayda pozuntusuna rast gəlməmişik. Səsvermə sakit şəkildə keçirilir”, - deyə o qeyd edib.