Bu gün Müstəqil Dövlətlər Birliyinin Azərbaycandakı beynəlxalq müşahidə missiyasının bir qrup üzvü – Özbəkistan Ali Məclisi Senatının sədr müavini Sodik Safoyev, Qazaxıstan Parlamenti Məclisinin üzvü Omarxan Oksibayev, Moldova Parlalmentinin komissiya sədrinin müavini Fedor Qaqauz, Moldova Parlamentinin xarici siyasət və Avrointeqrasiya komissiyasının katibi Bladimir Vityuk, Qazaxıstan və Tacikistan parlamentariləri, MDB Parlamentlərarası Assambleyasının ayrı-ayrı təsisatlarını təmsil edən şəxslər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevlə görüşüblər.
BAXCP-nin qərargahında keçirilən görüşdə seçki kampaniyası və qonaqları maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə BAXCP-nin Baş katibi Yaşar Kələntərli, eləcə də partiya sədrinin müavinləri Elçin Mirzəbəyli və Niyaməddin Orduxanlı da iştirak ediblər.