• 23 Oktyabr 2020
logo
Seçkilərdə heç kimin haqqının pozulmasından söhbət gedə bilməz – Məzahir Pənahov

Seçkilərdə heç kimin haqqının pozulmasından söhbət gedə bilməz – Məzahir Pənahov

Seçkilərdə heç kimin haqqının pozulmasından söhbət gedə bilməz.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bütün seçki subyektlərinin hüquqlarını qorumaq MSK-nın borcudur:

“Bütün xoşagəlməz hallarla bağlı MSK-ya müraciət etmək lazımdır. Bəziləri qəsdən xoşagəlməz hallar törətməyə çalışır və onların da məqsədləri aydındır. Buna görə də vətəndaşlar ilk növbədə dairə seçki komisiyalarına müraciət etməlidirlər”.