• 28 Oktyabr 2020
logo
Rəşad Mahmudov Qarabağ müharibəsi əlilləri və veteranlarla görüşüb

Rəşad Mahmudov Qarabağ müharibəsi əlilləri və veteranlarla görüşüb

77 saylı Astara seçki dairəsindən Milli Məclisin üzvlüyünə namizəd, Azərbaycanın dünya miqyasında tanınan kardiocərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov bu dəfə Qarabağ müharibəsi əlilləri və veteranlara görüşüb.

R.Mahmudov görüşlə bağlı sosial səhifəsində yazıb:

Astara şəhərinin seçiciləri ilə görüşdən sonra aldığım xoş təəssüratları və müsbət enerjini YAP rayon təşkilatının iqamətgahında Veteranlar və Qarabağ Müharibəsi Əlilləri ilə bölüşdüm. Müharibə alovunu görmüş qəhrəmanlarımızın da ölkə rəhbərinə və lideri olduğu partiyanın namizədinə olan rəğbəti məni bir daha əmin etdi ki, seçkilərdə qələbəmiz labüddür...