• 21 Oktyabr 2020
logo
Pakistanlı jurnalist: Azərbaycan xalqı böyük həvəslə öz ölkəsinin və demokratiyanın möhkəmlənməsinə köklənib

Pakistanlı jurnalist: Azərbaycan xalqı böyük həvəslə öz ölkəsinin və demokratiyanın möhkəmlənməsinə köklənib

Azərbaycan xalqı böyük həvəslə öz ölkəsinin və demokratiyanın möhkəmlənməsinə köklənib.

Bunu Pakistanın “Daily National Herald Tribune” informasiya agentliyinin baş redaktoru Riaz Malik deyib.

Bakıya jurnalistlərdən ibarət nümayəndə heyətinin tərkibində gələn R.Malik parlament seçkilərini işıqlandıracaq.

O, seçkilərin Azərbaycanın gələcək inkişafına və çiçəklənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib:

“Ölkədə seçkilərin maksimum azad və ədalətli keçirilməsi üçün müxtəlif tədbirlər görülüb. Azərbaycan xalqı ölkəsində demokratiyanın möhkəmlənməsi üçün öz vətəndaş borcunun icrasına böyük həvəslə köklənib”.