• 27 İyul 2024
logo
TÜRKPA Azərbaycanda parlament seçkilərini izləyəcək

TÜRKPA Azərbaycanda parlament seçkilərini izləyəcək

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) beynəlxalq müşahidəçilər missiyası 9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə edəcək.

Müşahidəçilər missiyasının tərkibi Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin millət vəkilləri və TÜRKPA Katibliyinin diplomatik nümayəndələrindən ibarətdir.

Müşahidəçilərin proqramına bir sıra dövlət qurumlarında görüşlər daxildir. Seçkilər günü isə, TÜRKPA missiyası Bakı şəhərində və bir sıra regionlarda səsvermə prosesi üzrə monitorinq aparacaqdır.

10 fevral tarixində TÜRKPA müşahidəçilər missiyası tərəfindən apardığı müşahidələrin nəticələrinə dair mətbuat konfransı keçiriləcək və missiyanın seçkilərə dair rəsmi bəyanatı təqdim ediləcəkdir.

TÜRKPA müşahidəçilər missiyası 2010-cü ildən etibarən üzv ölkələrdə keçirilmiş prezident və parlament seçkiləri, habelə konstitusiya referendumlarını müşahidə etmişdir.