• 23 İyul 2019
logo
add image
Bakıda özünü təhlükəsiz hiss edirsən - Rusiyalı ekspert

Bakıda özünü təhlükəsiz hiss edirsən - Rusiyalı ekspert

Bakıda özünü təhlükəsiz hiss edirsən.
Trend-in məlumatına görə, bunu mədəni irsin mühafizəsi üzrə ekspert Nina Petuxova Bakıda keçirilən UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında deyib.
O qeyd edib ki, şəhər daim hərəkətdədir və özünəməxsus enerjisi var:
“Bakı irəli addımlayır, müasir memarlıq sürətlə inkişaf edir”.
O, həmçinin tədbirin yüksək təşkil edildiyini vurğulayıb.
Qeyd edək ki, 43-cü sessiyaya xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox iştirakçı qatılıb.