• 31 Oktyabr 2020
logo
Bu gün Bakıda Türk Şurası XİN başçılarının növbədənkənar iclası keçirilir

Bu gün Bakıda Türk Şurası XİN başçılarının növbədənkənar iclası keçirilir

Bu gün Bakıda Türk Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar iclası keçirilir.

Trend-in məlumatına görə, artıq quruma daxil olan ölkələrin xarici siyasət idarələrinin rəhbərləri Bakıya gəlib.

Qeyd edək ki, 2019-cu ilin oktyabrın 13-14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib.

Oktyabrın 15-16-da isə Türk Şurasının 7-ci sammiti baş tutub. Sammitdə Özbəkistan quruma üzv qəbul olunub.

Xatırladaq ki, türk ölkələrini birləşdirən beynəlxalq təşkilat - Türk Şurası 2009-cu ilin oktyabrın 3-də Naxçıvanda yaradılıb. 25 avqust 2012-ci ildə Bişkekdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin (Türk Birliyinin) bayrağı qəbul edilib.