• 25 Oktyabr 2020
logo
Seçkilərdə veb-kameraların hazır vəziyyətə gətirilməsi başa çatdırılıb

Seçkilərdə veb-kameraların hazır vəziyyətə gətirilməsi başa çatdırılıb

Azərbaycanda məntəqələrin təxminən 20 faizə qədərində, yəni 1000 məntəqədə vebkamera quraşdırılıb. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədrinin müavini qeyd edib ki, vebkameraların yoxlanılması, hazır vəziyyətə gətirilməsi başa çatdırılıb: “Bununla bağlı texniki və digər işlər görülüb”. O bildirib ki, 119 seçki dairəsi üzrə 1000 vebkamera quraşdırılıb. İclasda vebkamera qoyulan məntəqələrin siyahısının dərc edilməsi ilə bağlı qərar qəbul edilib.