• 3 İyul 2025
logo
Qazaxıstan Xarici İşlər naziri Azərbaycana səfər edəcək

Qazaxıstan Xarici İşlər naziri Azərbaycana səfər edəcək

Qazaxıstan Xarici İşlər naziri Muxtar Tleuberdi Azərbaycana səfər edəcək.

Bu barədə Qazaxıstan səfirliyindən bildiriblər.

Qeyd olunub ki, nazir fevralın 6-da Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzv ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclasında iştirak edəcək.