• 27 İyul 2024
logo
Nejdət Ünüvar: Parlament seçkiləri Azərbaycanda aparılan islahatlara ciddi töhfə verəcək

Nejdət Ünüvar: Parlament seçkiləri Azərbaycanda aparılan islahatlara ciddi töhfə verəcək

Azərbaycanda parlament seçkiləri demokratik şəraitdə keçiriləcək və ölkənin daha da inkişafına önəmli təkan verəcək.

Trend xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında TBMM-də Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Nejdət Ünüvar deyib.

Hər bir seçkinin ölkənin güclənməsi baxımından olduqca vacib olduğunu vurğulayan Nejdət Ünüvar bildirib: “Azərbaycanda keçirilən hər seçki ölkəni həm iqtisadi, həm sosial, həm də siyasi baxımdan daha da gücləndirir. Bundan əlavə, hər seçki yenilənmə, xalqdan yenidən dəstək almaq deməkdir. Əminəm ki, bu seçkilər Azərbaycanda aparılan islahatlara ciddi töhfə verəcək”.

Azərbaycanın coğrafi baxımdan mühüm strateji məkanda yerləşdiyini qeyd edən N.Ünüvar ölkəmizin dünyanın enerji təchizatında önəmli aktorlardan biri olduğunu bildirib.