• 29 Oktyabr 2020
logo
“Çaqqal susmur”

“Çaqqal susmur”

Niyaməddin Orduxanlı:” Mən hökümətin namizədi olsaydım Aslan İsmayılov mənim yanımda dayanardı, Natiq Cəfərovun yanında yox. Bu zaman mənim yanımda durub Natiqi söyməyə, aşağılamağa cəhd edərdi. Aslan İsmayılovun İlqar Məmmədovu 2019-cu ilin avqust ayında təhqir etdiyi linkini bu yazının altına qoyuram, özünüz baxın. Görünür bu səbəbdəndir ki, İlqar Məmmədov Bakıda ola-ola Natiqin görüşünə qatılmayıb.”

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizədliyi irəli sürülən “Real” partiyasının deputatlığa namizədi Natiq Cəfərovun müdafiəçisi vəkil Aslan İsmayılov keçirilən görüşdə həmin dairədən deputatlığa namizəd BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının ünvanina ittihamlar irəli sürüb. Bununla bağlı partiyanın mətbuat xidmətinə açıqlama verən N.Orduxanlı bildirib ki, bir müddət öncə “Real” partiyasının sədri İlqar Məmmədovu təhqir edən və aşağlayıcı ittihamlara imza atan Aslan ismayılov bu gün İlqar Məmmədovun müavini olan Natiq Cəfərovu müdafiə edir:” 2019-cu ilin avqust ayında Aslan İsmayılov İlqar Məmmədovu ən ağır formada təhqir edən və onu “Real”-ın sədrliyindən uzaqlaşdırılmasının vacıb odluğunu bildirən Aslan İsmayılov , xalq arasında “çaqqal” ləqəbi ilə tanınan şəxs növbəti dəfə yenə də mənim və Qüdrət bəyin haqqında yaşından utanmayaraq ağzına gələni danışıb. Bu adamı biz başa sala bilmədik ki, başqalarını təhqir etmə, əgər hansısa bir tənqidi fikrin varsa, bunu etik çərçivədə bildir. Amma tərbiyəsiz, həyasız olduğuna görə bu adama heç cür təsir etmək mümkün deyil. Mən tam məsuliyyətimlə bildirirəm ki, əgər hökümətin orada namizədi olmuş olsaydım, tam əminliklə deyirəm -Aslan İsmayılov mənim yanımda dayanardı, Natiq Cəfərovun yanında yox. Bu zaman mənim yanımda durub Natiqi söyməyə, aşağılamağa cəhd edərdi. Amma dərhal onun ağzının üstündən vurub , buna imkan verməzdim ki, mənim rəqib haqqında belə hörmətsiz , təhqiramız danışsın. Əlbəttə rəqibi tənqid də etmək olar, ancaq onu təhqir etmək olmaz və bu, yolverilməzdir. Necə ki, mən bu günə qədər heç bir rəqibimin əleyhinə bir cümlə belə işlətməmişəm. Aslan İsmayılovun İlqar Məmmədovu 2019-cu ilin avqust ayında təhqir etdiyi linki bu yazının altına qoyuram, özünüz baxın. Görünür bu səbəbdəndir ki, İlqar Məmmədov Bakıda ola-ola Natiqin görüşünə qatılmayıb. Sonda onu da deyim ki, seçicilərimlə görüşümdə heç zaman imkan verməzdim ki, mənim sədrimi təhqir edən, aşağılayan birisi gəlib, görüşümdə yuxarı başda otursun. Mənim görüşümdə yuxarı başda hər zaman BAXCP sədri Qüdrət Həsənquliyev oturub!
P.S. Aslanın İlqar Məmmədovu təhqir etməsini və İlqar Məmmədov fevralın 2-də Bakıda olduğu halda Natiqin görüşünə qatılmadığı linkə özünüz baxın...”