• 21 İyul 2019
logo
add image
Millət vəkili Adil Əliyev aprel döyüşlərinin iştirakçıları ilə görüşdü

Millət vəkili Adil Əliyev aprel döyüşlərinin iştirakçıları ilə görüşdü

Millət vəkili Adil Əliyev aprel döyüşlərinin iştirakçıları, siyasi ekspert və jurnalistlərin iştirakıyla iyulun 1-də Bakının "40 pillə" ailəvi məkanında (Nəriman Nərimanov heykəlinin yaxınlığında) maraqlı görüş keçirildi. Yeni məkanın fəaliyyətinə xeyir-dua verən qonaqlar çay süfrəsi arxasında daha sonra müxtəlif mövzularda müzakirələr apardılar. Dövlətimizin daha da gücləndirilməsi, Azərbaycan gəncliyinin qarşısında duran əsas vəzifələr, o cümlədən torpaqlarımızın işğalına son qoymağın yolları ətrafında geniş fikir mübadiləsi aparıldı. Adil Əliyev tez-tez cəbhə bölgəsində olduğunu, ordumuzun güclənməsindən və hərbçilərimizin böyük ruh yüksəkliyindən danışdı, elə "40 pillə" məkanında davam edən söhbət zamanı növbəti belə bir səfərin tarixi müəyyənləşdi. "40 pillə" ailəvi məkanının rəhbəri Əli Kərimli dövlətimiz və millətimiz üçün faydalı olan bu cür görüş və müzakirələrə bundan sonra da ev sahibliyini edəcəyini vurğuladı.