• 25 Oktyabr 2020
logo
Azərbaycan ilə Qırğızıstan arasında inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan ilə Qırğızıstan arasında inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan-Qırğızıstan inkişaf perspektivləri müzakirə edilib.

Trend-in məlumatına görə, Qırğızıstan mətbuatı xəbər verir ki, müzakirələr Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov və Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov arasında 1 fevral 2020-ci ildə baş tutan görüşdə aparılıb.

Nazir Ç.Aydarbekov bildirdi ki, Azərbaycan və Qırğızıstan dövlət başçılarının siyasi iradəsi, aparılan intensiv dialoq ölkələrimiz arasında əlaqələrin inkişafı üçün əlverişli zəmin yaratmışdır. Nazir Prezident İlham Əliyevin Qırğız Respublikasına 3 sentyabr 2018-ci ildə və Prezident Sooronbay Jeenbekovun 14 oktyabr 2019-cu ildə AR-ə səfərləri münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olduğunu, səfərlər zamanı aparılan danışıqlar iki ölkə arasında əlaqələrin genişlənməsində xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etdi.

Səfir iki ölkə arasında münasibətlərin bütün sahələrdə inkişaf etməsi AR Prezidenti Zati-Aliləri cənab İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Zati-Aliləri cənab Sooronbay Jeenbekov üçün preoritet istiqamət olduğunu vurğuladı. İqtisadi sahədə münasibətlərin inkişaf etdiyini və bu sahədə yüksək əməkdaşlıq üçün kifayət qədər potensialın mövcud olduğunu bildirdi.

Nazir Çingiz Aydabekov Səfirliyin iki ölkə arasında münasibətlərin dinamik inkişafa verdiyi töhvələri yüksək qiymətləndirdi.

Səfir Azərbaycan-Qırğızıstan Hökümətlərarası Birgə Əməkdaşlıq Komissiyasının üçüncü iclasının Protokolunun icrası ilə bağlı iş getdiyini söylədi. Əmin olduğunu bildirdi ki, bundan sonra da iki ölkə arasındakı əlaqələr bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edəcək. O, ölkələrimiz arasında münasibətlərinin bütün sahələrdə inkişaf etməsi AR Prezidenti Zati-Aliləri cənab İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Zati-Aliləri cənab Sooronbay Jeenbekov üçün preoritet istiqamət olduğunu vurğuladı.

Görüşdə Qırğızıstan-Azərbaycan əməkdaşlığının indiki vəziyyəti və prespektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, digər aktual məsələlər müzakirə olundu.