• 27 Oktyabr 2020
logo
ATƏT PA-nın 60-dan çox üzvü Azərbaycandakı seçkiləri müşahidə edəcək

ATƏT PA-nın 60-dan çox üzvü Azərbaycandakı seçkiləri müşahidə edəcək

ATƏT-in Parlament Assambleyası (ATƏT PA) fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini monitorinq etmək üçün 60-dan çox müşahidəçidən ibarət nümayəndə heyəti göndərəcək.
Secki-2020.az saytı xəbər verir ki, ATƏT PA-nın mətbuat xidmətindən bildirilib ki, Azərbaycan hökumətinin dəvəti ilə göndəriləcək missiya Bakıda və Azərbaycanın bir neçə bölgəsində seçkiləri müşahidə edəcək.
Ukraynalı deputat Artur Gerasimov ATƏT-in fəaliyyətdə olan sədrliyi tərəfindən ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru təyin edilib, ATƏT PA-nın nümayəndə heyətinə isə albaniyalı deputat Elona Hoca-Qjebrea rəhbərlik edəcək.