• 25 Oktyabr 2020
logo
“Bunlar Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir...” -Nüfuzlu diplomat

“Bunlar Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir...” -Nüfuzlu diplomat

“Fevralın 1-də axşam saatlarında 7 Azərbaycan vətəndaşı, türk vətəndaşları ilə birlikdə Ankaraya gətirilib. Türkiyə hökumətinin bu qərarı həm türk, həm də Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanıb”

Bunu açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıc Çindən Türkiyəyə gətirilən vətəndaşlarımız haqda danışarkən deyib.

H.Kılıc Türkiyə və Azərbaycanın həmişə bu cür hadisələrdə bir-birilərinə dəstək olduqlarını bildirib:

“Çinin Uxan şəhərində yayılan koronavirusla bağlı Türkiyə hökuməti bu şəhərdə yaşayan vətəndaşlarını xüsusi təyyarə göndərərək Türkiyəyə gətirməyə qərar verib. Prezident Rəcəb Tayyib Ərdoğan türk vətəndaşları üçün göndərilən xüsusi təyyarəylə Azərbaycan vətəndaşlarının da gətirilməsini tapşırıb. Fevralın 1-də axşam saatlarında 7 Azərbaycan vətəndaşı, türk vətəndaşları ilə birlikdə Ankaraya gətirilib. Türkiyə hökumətinin bu qərarı həm türk, həm də Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanıb.

Qardaşlıq əlaqələrimiz günü-gündən möhkəmlənir. Bununla yanaşı, Elazığ zəlzələsi zamanı da ilk yardım təklifi can Azərbaycandan gəldi. Başqa ölkələr hadisədən məyus olduqlarını bildirən mesajlar göndərərkən, Azərbaycan hər cür lazımi yardım və xilasedici qüvvələr göndərməyə hazır olduğunu bildirərək qarşdaşlığını göstərdi. Ancaq türk rəsmiləri zəlzələnin elə də böyük dağıntılara səbəb olmadığını bildirərək azərbaycalı qardaşlarına təşəkkür edib bu yardımı istəmədi. Azərbaycanlı dostlarımdan mənə yüzlərlə insan “keçmiş olsun” mesajları göndərdilər və onlar hadisədən kədərləndiklərini bildirdilər.
2011-ci ilin 23 oktyabrında Vanda baş verən zəlzələ zamanı Bakıda səfir idim, fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisəni eşidəndən sonra dərhal mənə zəng etdi və kömək üçün təcili olaraq Vana xilasedicilər göndərəcəklərini bildirdi. Prezident cənab İlham Əliyevin tapşırığı ilə 2 təcili yardım təyyarəsi operativ şəkildə Vana çatdı.
Təyyarədə lazım olan yardım və 140 nəfərlik xilasedici qüvvə komandası var idi. Cənab prezident Van zəlzələsini eşidər-eşitməz o zaman Baş nazir olan, indiki prezidentimiz Rəcəb Tayyib Ərdoğana zəng vuraraq zəlzələ haqqında ətraflı məlumat almışdı. Bununla yanaşı, nazir Kəmaləddin Heydərov və komanda yoldaşları zəlzələ gecəsi mənimlə mütəmadi əlaqə saxlayaraq, hadisələrin gedişatını yaxından təqib etmişdilər. Azərbaycan təyyarəsi Van Hava Limanına endiyi zaman təyyarəni qarşılayan məsul işçilər demişdilər ki, “kaş ki, xəbər verəydiniz”.