• 27 İyul 2024
logo
Parlament seçkilərində yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

Parlament seçkilərində yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov əlavə edib ki, yerli müşahidəçilərin sayı 64 048 nəfərə çatıb.