• 17 Oktyabr 2021
logo
Paşinyan bunu etsə, 7 rayon qayıdacaq, etməsə... - Babayan

Paşinyan bunu etsə, 7 rayon qayıdacaq, etməsə... - Babayan

Ermənistan Madrid prinsiplərinin sözlərinə bağlı qalmamalıdır.
Bunu Qarabağ separatçılarının keçmiş "müdafiə naziri" Samvel Babayan deyib. O, məhz Paşinyanın hakimiyyətə gəlməsinin Sərkisyanın Azərbaycana işğal olunmuş torpaqları qaytarmağına mane olduğunu bildirib:
“Bu gün Ermənistandan Serjin dövründə olanlar tələb edilir. Yəni 7 rayonun - Ağdam, Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının qaytarılması və qaçqınların geri qaytarılması... Əgər Paşinyan Sərkisyanın irsi nöqteyi-nəzərincə danışıqlar prosesini davam etdirirsə, o, kapitulyasiya imzalayacaq. Digər tərəfdən əgər o, danışıqlar prosesindən imtina etsə, bu, Azərbaycan hakimiyyətiylə keçmiş razılaşmadan imtina etmək anlamına gələcək və müharibəyə gətirib çıxaracaq. Hər iki ssenari ermənilər üçün qəbuledilməzdir”.