• 28 Mart 2024
logo
Pepanyan: Bakı gözləməyəcək! Bu tarixdə əməlliyat başlayır

Pepanyan: Bakı gözləməyəcək! Bu tarixdə əməlliyat başlayır

Ermənistan hakimiyyəti hazırda vaxt udmağa çalışır, amma İrəvan anlaya bilmir ki, Bakı artıq əvvəlki tək 30 il gözləyən deyil.
Baymedia.az xəbər verir ki, bu fikirləri Ermənistan telekanalında yayımlanan “Reviev” verlişinin efiri zamanı tanınmış erməni publisist, siyasi şərhçi Artsrun Pepanyan deyib.
“Azərbaycan Ordusunun dəqiq və millimetrinə qədər ölçülüb-biçilmiş hərbi əməliyyat planı artıq mövcuddur. Bu artıq heç kimə sirr deyil. Əgər Ermənistan hakimiyyəti bir az da sağ-sol etsə, Bakının səbri tükənəcək. Bu ilin sonuna qədər Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin xırda bir səhvini gözləyəcək və dərhal əməlliyat planı işə düşəcək. Bu dəfə hər şey tez bitəcək, çünki Ermənistan özünü qorumaq qabilliyətinə qadir deyil, qaldı ki, Xankəndini və yaxud Laçın dəhlizini qoruya bilsin”, - deyə o qeyd edib.