• 16 Oktyabr 2021
logo
Türkiyə və Azərbaycan halal sertifikatının hazırlanması sahəsində əməkdaşlıq edəcəklər

Türkiyə və Azərbaycan halal sertifikatının hazırlanması sahəsində əməkdaşlıq edəcəklər

Türkiyə və Azərbaycan halal sertifikatının hazırlanması sahəsində əməkdaşlıq edəcəklər.

Bu barədə Türkiyə hökumətindəki mənbə bildirib.

Məlumata əsasən, hər iki tərəf halal akkreditasiya və halal sertifikatlaşdırma, texniki əməkdaşlığı nəzərdə tutan protokolu tez bir zamanda imzalayacaqlar.

“Halal sertifikatın hazırlanması və halal akkreditasiya Azərbaycanda istehsal olunan məhsulların İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin bazarlarına çıxarmasını daha da asanlaşdıracaq”, - deyə mənbə qeyd edib.

Bildirilib ki, Azərbaycanda istehsal olunan məhsulların İƏT-yə üzv olan ölkələrin bazarlarına ixracı Türkiyənin də maraqları daxilindədir.

Mənbənin sözlərinə görə, gələcəkdə Türkiyə və Azərbaycan arasında ortaq brendin hazırlanması da nəzərdə tutulur.

“Ortaq brendin hazırlanması yaxın illərdə gözlənilir”, – deyə mənbə bildirib.