• 27 Aprel 2024
logo
Bəzi namizədlər bir-birinə qarşı iradlar tutub sosial şəbəkələrdə yayırlar - Məzahir Pənahov

Bəzi namizədlər bir-birinə qarşı iradlar tutub sosial şəbəkələrdə yayırlar - Məzahir Pənahov

Bəzi namizədlər bir-birilərinə qarşı iradlar tutub sosial şəbəkələrdə yayırlar.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, yerlərdə bir namizəd digər bir namizədi görəndə qrup halında ona irad tutub, sonra da bunu sosial şəbəkələrdə yayaraq mübarizə aparır: “Bu cür mübarizə yolverilməzdir. Biz istəmirik ki, belə şeyləri deyək, amma məcburuq”.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.