• 19 Aprel 2024
logo
Məzahir Pənahov: Siyasi partiyalar MSK sədrinin müraciətinə əməl etməyib

Məzahir Pənahov: Siyasi partiyalar MSK sədrinin müraciətinə əməl etməyib

Siyasi partiyalar parlament seçkiləri ilə bağlı müraciətə əməl etməyib.

Trend-in məlumatına görə, qanunvericiliyin tələbinə görə, əgər öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürən şəxslər siyasi partiyadan kənarlaşdırılırsa, siyasi partiya üzvlüyünə partiya tərəfindən xitam verilirsə, bununla bağlı həmin siyasi partiya Mərkəzi Seçki Komissiyasına (MSK) məlumat verməli idi.

MSK-nın keçən iclası zamanı MSK sədri Məzahir Pənahov partiyalara müraciət edərək növbəti iclasa qədər siyasi partiyaların bununla bağlı məlumat vermələrini xahiş etmişdi. Amma bu müraciətə əməl olunmayıb. M.Pənahov bununla bağlı partiyaları diqqətli olmağa çağırıb: “Ona görə hesab edirəm ki, məsələ ilə bağl heç kəs bizdən inciməsin”.