• 25 Aprel 2024
logo
Parlament seçkilərində exit-poll keçirmək istəyən təşkilatın akkreditasiyası barədə qərar qəbul edilib

Parlament seçkilərində exit-poll keçirmək istəyən təşkilatın akkreditasiyası barədə qərar qəbul edilib

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində exit-poll keçirmək istəyən təşkilatın müraciətinə baxılıb.

Trend-in məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) exit-poll keçirmək istəyən təşkilatların müraciətinə baxılıb.

Əvvəlcə Əmək Hüquqlarının Müdafiə Liqasının ("AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə) müraciətinə baxılıb. MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, bu təşkilatlar Azərbaycanda əvvəki seçkilərdə də exit-poll keçirib və etibarlı nəticələr əldə edib. O qeyd edib ki, təşkilat 1053 seçki məntəqəsində seçicilərin rəyini öyrənəcəklər.

R.Qasımov vurğulayıb ki, 2106 müşahidəçinin, 47 supervayzerin bu prosesə cəlb olunması nəzərdə tutulur. Müraciət səsə qoyularaq qəbul edilib.